Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırım qurbanları yad edilmişdir

31 mart 2013 | 16:00

30  mart 2013-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin akt zalında 31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə rayon tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov erməni millətçiləri tərəfindən müxtəlif dövrlərdə xalqımıza qarşı həyata keçirlən soyqırımı barədə məlumat vermiş, 1918-ci ildə bütün ölkə ərazisində, həmçinin 1992-ci ildə Xocalıda törədilmiş kütləvi qırğınlar haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülmüş işlərdən  danışmışdır. Bildirilmişdir ki, artıq bu səylər öz nəticəsini verməyə başlamış, bir sıra dünya dövlətləri, ABŞ-ın bir neçə ştatı Xocalıda baş verənlərin soyqırım olduğunu rəsmən qəbul etmişdir. Yığıncaqda daha sonra çıxış edənlər də ermənilərin bu soyqırım əməllərini kəskin pisləmiş, hər kəsin bu həqiqətlərdən nəticə çıxarmalı olduğu bildirmiş, dövlətçilimiyizin qorunması uğrunda ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini qeyd etmişlər.

Tədbirdən sonra  50 nəfərlik qrup tərəfindən Quba rayonundakı kütləvi məzarlıq ziyarət edilmişdir.  

Keçidlər