Səyyar ASAN xidmət 01.03.2021-ci il tarixdən etibarən rayonumuzda fəaliyyətə başlayır.
Səyyar ASAN xidmət 01.03.2021-ci il tarixdən etibarən rayonumuzda fəaliyyətə başlayır. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında təşkil olunmuş xidmət 19.03.2021-ci il tarixədək davam edəcəkdir. Xidmət həftə içi 5 gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
• Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
• Tərcümə xidməti