Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

17 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə Baxşiyev İsmət Mahir oğlu şöbə müdiri, Nəzərov Elvin Yəhya oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

Baxşiyev İsmət Mahir oğlu 05.08.1997-ci ildə Siyəzən şəhərində anadan olub, 2018-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirib, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 2019-cu illdə ehtiyyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 29.10.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, 30.12.2020-ci ildə ehtiyyata buraxılıb.

Nəzərov Elvin Yəhya oğlu 22.01.1995-ci ildə Siyəzən şəhərində anadan olub. 2016-cı ildə Bakı İslam Universitetini bitirib. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 2017-ci ildə ehtiyyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 21.09.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 31.12.2020-ci ildə ehtiyyata buraxılıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Keçidlər