Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov ənənəvi təhsilin qismən bərpa olunması ilə əlaqədar Siyəzən şəhər 6 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olmuşdur.
02 fevral 2021 | 16:00
Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi təhsil qismən bərpa olunmuşdur. Siyəzən rayonunda da bu gündən etibarən məktəbəhazırlıq və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada təşkil olunmuşdur. Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən şəhər 6 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olmuşdur.