Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov rayonun ümumtəhsil məktəblərində ibtidai siniflərdə dərslərin başlanılması ilə əlaqədar Təhsil şöbəsinin müdiri və bir neçə kənd məktəblərinin direktorlarını qəbul etmişdir.
27 yanvar 2021 | 16:00
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov rayonun ümumtəhsil məktəblərində ibtidai siniflərdə dərslərin başlanılması ilə əlaqədar Təhsil şöbəsinin müdiri, Gilgilçay qəsəbəsi, Yenikənd kəndi, Böyük Həmyə kəndi, Balaca Həmyə kəndi, Eynibulaq kəndi və Məşrif kəndlərinin məktəblərinin direktorlarını qəbul etmişdir.
Novruz Novruzov 1 fevral 2021-ci il tarixdə start veriləcək tədris prosesi ilə əlaqədar Təhsil şöbəsinin müdiri və bir neçə məktəbin direktorları ilə görüşdə məktəblərin texniki hazırlıq vəziyyəti, xüsusilə istiliklə təminatı barədə maraqlanmış, mövcud çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.