AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Martın 30-da Siyəzən rayonunda “SOCAR” brendi altında fəaliyyət göstərəcək 2 yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi olmuşdur. Açılışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov iştirak etmişlər. Açılışın rəmzi lenti kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, Bakı – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yolun 88-ci kilometrində, rayonun Zarat kəndi ərazisində yeni inşa edilmiş 15 və 16 saylı yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi ilə ölkə ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 16-ya çatdırılmışdır. Qeyd olunmuşdur ki, yeni məntəqələrdə kafe, market, avtoservis, avtoyuma və digər xidmətlərdən istifadə etmək mümkün olacaqdır. Hər iki məntəqənin istifadəyə verilməsi ilə 60 nəfər yerli sakin daimi işlə təmin olunmuşdur.