Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayon sakinlərinə bayram təbriki

18 mart 2013 | 16:00

Hörmətli Siyəzənlilər!

Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Bu əziz bayram günlərində Prezidentimiz cənab İlham Əliyevin rayonumuza səfərini, biz siyəzənlilərə göstərdiyi qayğını, diqqəti bir daha yada salır, onun rəhbərliyi altında Azərbaycanın uğurlarının daha da artacağına inanırıq.

Hörmətli Siyəzənlilər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, can-sağlığı və səadət arzulayıram.

Novruz ümumxalq  bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin qorunub saxlanılması xalqımızın öz tarixi-mədəni keçmişinə böyük hörmətini, milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Ölkəmizin hər yerində olduğu kimi, siyəzənlilər də bu əziz  günə xüsusi hazırlıq görürlər. Hər yerdə baharın gəlişi, ilıq nəfəsi duyulmaqdadır. Bayram qabağı iməcliklər keçirilir, yaşıllıqlara xüsusi qayğı göstərilir, səliqə-səhman yaradılır. Novruz gəlişi ilə ürəklərə həm də yeni arzular, qurub-yaratmaq ab-havası gətirir, iradə və əzmimizi artırır.

Novruz günlərində vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edirik.

Hər evə, hər ailəyə bayram ovqatı və sevinc arzu edirəm.

Novruz bayramınız mübarək olsun,əziz siyəzənlilər!

                                                                                                                        Arif Qasımov
                                                                                                                              Siyəzən Rayon
                                                                                                                        İcra Hakimiyyətinin başçısı

Keçidlər