Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə sahəsində keçirilən tədbirlər barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11 bəndinin icrası ilə əlaqədar rayonda müvafiq tədbirlər həyata keçirilmişdir. 14 avqust 2020-ci il tarixdə 40 nəfər gəncin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Sağlam gələcək üçün erkən nikaha yox deyək” mövzusunda onlayn görüş keçirilmişdir. Tədbir iştirakçılarına gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, həmçinin erkən nikahın və qohumlar arasından nikahın mənfi nəticələrinə dair geniş məlumat verilmişdir.
Rayonun bir neçə ümumtəhsil məktəblərində də VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ailə, cəmiyyət və dövlətin özəyi, milli, mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda bir sıra tədbirlər keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərində videokonfrans formatında keçirilən tədbirlərdə şagirdlərdə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğu və erkən nikahın mənfi təsirləri barədə geniş təsəvvür yaradılmışdır. Ölkəmizdə hər il qeyd edilən 18 iyun-İnsan Hüquqları Günü münasibətilə mayın 18-dən iyunun 18-dək rayonun ümumtəhsil məktəblərində “İnsan hüquqları” aylığı keçirilmişdir. Bu çərçivədə məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan hüquqlarının pozulmasının qarşısını alaq” mövzusunda onlayn tədbirlər təşkil edilmişdir. Çıxışlarda iştirakçılara insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. Həmçinin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda onlayn tədbirlər keçirilmişdir. Tədbirlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında ətraflı maarifləndirmə işi aparılmışdır. IX-XI siniflər üçün nəzərdə tutulmuş dərsliklərə də erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi şagirdlərin bu məsələyə daha həssaslıqla yanaşmasına öz müsbət təsirini göstərəcəkdir.
2020-ci ilin 10 ayı ərzində rayonda 156 nikah, 40 boşanma qeydə alınmışdır. 18 yaşadək nikah bağlanma və nikahın pozulması halı olmamışdır. 18-29 yaş arası 96 nikah bağlanmış və 16 nikahın pozulması halı olmuşdur.