Şriftin ölçüsü :

Saytın rəngi :

NOVRUZ ŞƏNLİKLƏRİ KEÇİRİLMİŞDİR

20 mart 2013 | 16:00

Novruz Azərbaycan xalqının ən qədim milli bayramlarından biridir. Bu bayram əsrlərdən bəri xalqımızın ən sevimli bayramı olmuş, hər zaman böyük təmtəraqla  qeyd edilmişdir.  Tarixin çətin sınaqlarından, qadağalarından keçmiş Novruz heç zaman unudulmamış, insanlar arasında əmin-amanılığın, barışığın, xeyir-bərəkətin rəmzi kimi dünyada tanınmışdır. Bu bayram gözəl adət-ənənələri, nəcib əməllərin təbliği baxımından çox əlamətdardır. Ona görə də hər il olduğu kimi bu il də Novruz Bayramı rayonumuzda həmişəki ruh yüksəkliyi ilə qeyd edilmişdir. Bayram tədbirlərindən əvvəl Rayon İcra Hakimiyyəti adından şəhid ailəsi üzvlərinə və imkansız ailələrə bayram sovqatları paylanılmışdır.  Daha sonra Novruzun simvolu olan Bahar Qızın əyləşdiyi, yazın əlvan çiçəkləri ilə bəzədilmiş fayton, əllərində bayraqlarımız olan atlıların müşayiəti ilə rayon mərkəzində dövrə vurmuş, Bahar Qızı tədbir yerinə çatdırmışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov bayram tonqalını alışdırmış, tonqal ətrafına yığılan sakinləri təbrik etmişdir. İdmançılarımız öz məharətlərini göstərmiş, rayon ağbirçəkləri Novruz nemətlərinin  hazırlanmasını nümayiş etdirmişlər.  Sonra tədbir “Çıraq Qala” şadlıq sarayında davam etmişdir. Milli musiqi ifaçıları, saz, söz ustaları, müğənnilər tədbirə toplaşan qonaqları nəğmələrlə təbrik etmişlər. Əməkdar artist Səbinə İlyasovanın mahnıları isə tədbiri daha da şənləndirmişdir.

Keçidlər