SƏYYAR QƏBUL KEÇİRİLMİŞDİR.
Görüşü giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı sakinlərlə belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti barədə danışaraq keçirilmiş qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əsasən həll olunduğunu qeyd etmişdir. Əhali ilə ötən görüşdən sonra bu kəndin də bir çox problemlərinin həll edildiyini nəzərə çatdıran İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 4-cü ilinin yekunlarına həsr olunmuş iclasında hər bir məmurun xalqa xidmət etməkdən ötrü vəzifəyə təyin edildiyi və insanlarının yüksək səviyyədə yaşayışı üçün bütün imkanlardan istifadə etməli olduğu barədə tövsiyə və tələbləri barədə görüş iştirakçılarına məlumat verdi.
Bundan sonra vətəndaşların müraciətlərinin dinlənilməsinə başlanıldı. Çıxış edən kənd sakinləri sosial-iqtisadi, mədəni, səhiyyə və digər sahələrdə olan problemlər barədə məlumat vermiş, bəzi yeni təkliflər səsləndirmişlər. Müraciətlər əsasən yeni yaşayış massivlərinə təbii qaz, içməli su və elektrik xətlərinin çəkilişi, suvarma arxlarının təmiri və təmizlənməsi, kəndə gələn yolun əsaslı təmiri, futbol meydançasının yaradılması, poçt şöbəsi və uşaq bağçasının açılması, yeni tibb məntəqəsinin tikilməsi barədə olmuşdur. İcra Hakimiyyətinin başçısı müraciətləri dinləyərək həlli dərhal mümkün olan məsələlər barədə görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə operativ tapşırıqlar verdi, digər məsələlərin həllinin ciddi nəzarətə götürüləcəyini qeyd etdi.
Görüşün sonunda çıxış edən kənd sakinləri səyyar qəbulun gedişindən razılıqlarını bildirdilər və buna görə İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını çatdırdılar.