Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir
Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında və ticarət obyektlərində reydlər keçirilmişdir. Reyd zamanı rayon ərazisində fəaliyyət göstərən müəssisə və obyektlərə baxış keçirilərək, əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, apteklərdə və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə tövsiyyələr verilib.