Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR.

08 fevral 2013 | 16:00

7 fevral 2013-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı rayondan olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşmüşdür. Görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın ailə üzvlərinə və həmin döyüşlərdə öz sağlamlıqlarını itirmiş şəxslərə dövlət qayğısından danışmışdır. Bidlirilmişdir ki, belə şəxslərin sosial vəziyyəti və onların problemlərinin həlli dövlət başçısı cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir. Hər il respublikamızın müxtəlif bölgələrində onlar üçün onlarla mənzil tikilir, istifadələrinə yeni avtomobillər verilir. 2008-ci ildə Siyəzən rayonunda da 16 mənzilli yaşayış binası tikilərək şəhid ailəsi üzvləri və Qarabağ əlillərinə paylanmışdır. Bundan başqa 3 nəfər Qarabağ əlili üçün fərdi mənzil tikilmiş, onlardan 5 nəfərinə minik avtomobili verilmişdir. Belə imtiyazlı şəxslərin digər problemləri də daim diqqətdə saxlanılmış, müraciətlərinə dərhal baxılmışdır. Görüşdə çıxış edən şəhid ailəsi üzvləri və Qarabağ əlilləri yüksək qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmiş, onun rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda təmin olunacağına inandıqlarını qeyd etmişlər. Görüşün sonunda iştirakçıların müraciət və təkliflərini dinləyən İcra Hakimiyyətinin başçısı onların tez bir zamanda həll edilməsindən ötrü səy göstəriləcəyini bildirmişdir.
 

Keçidlər