Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans formatında növbəti müşavirə keçirmişdir

10 avqust 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans formatında növbəti müşavirə keçirmişdir.

Novruz Novruzov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə 8 avqust 2020-ci il tarixdə Operativ Qərargahın geniştərkibli Respublika videomüşavirəsi keçirilib. Müşavirə zamanı bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Bildirilib ki, dövlət qurumları tərəfindən görülmüş işlər nəticəsində son günlərdə ürəkaçan nəticələr gözə dəymişdir. Belə ki, sərtləşmiş karantin rejimi çərcivəsində yaşayan 16 rayondan 3-ü, o cümlədən, Siyəzən rayonu da tamamilə sərtləşdirilmiş rejimdən çıxarılmışdır. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac vardır.

İcra Hakimiyyətinin başçısı İƏD üzrə nümayəndələrə mövcud şəraitdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, xüsusi monitoriq qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, mobil qruplar tərəfindən keçirilən reydlərin sayının artırılması, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması, yas mərasimlərinin keçirilməsinin qadağan olanması barədə tapşırıqlar verib.

         

Keçidlər