Hesabat iclası keçirilmişdir
2013-cü il yanvar ayının 30-da Siyəzən Rayon İcra Hakimiyyətinin akt zalında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ilin yekununa dair hesabat iclası keçirilmişdir.Yığıncaqda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Arif Novruzov, xidmət və digər aidiyyati idarə, müəssisə və təşkilatların rəhbərləri, Siyəzən şəhərində yaşayan ağsaqqallar, ziyalılar və gənclər iştirak etmişdir.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mais Süleymanov 2012-ci il ərzində nümayəndəliyin gördüyü işlər barədə hesabat verdi. Bundan sonra ayrı-ayrı şəhər sakinləri çıxış edərək görülmüş işlərə öz münasibətlərini bildirmiş və bir sıra təkliflər vermişlər.
Yığncaqda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış etmiş və verilən təklif, rəylərə öz münasibətlərini bildirmişlər.
Sonda Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ildə gördüyü işlər qənaətbəxş hesab edilmişdir.