Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər keçirilmişdir

10 iyul 2020 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında və ticarət obyektlərində reydlər keçirilmişdir. Reyd zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək, əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, apteklərdə və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə tövsiyyələr verilib.

 

 

                                             

Keçidlər