Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans formatında müşavirə keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans formatında müşavirə keçirmişdir
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə internet üzərindən video konfrans keçirib. İcra başçısı 11 inzibati ərazi dairəsi üzrə nümayəndəsini dinləmiş onlardan yerlərdə hazırkı vəziyyət barədə ətraflı məlumat almışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son günlərdə rayon ərazisində koronavirusa yoluxanların sayında artım olduğunu vurğulayaraq, əhalinin karantin qaydalarına ciddi əməl etməsi istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verdi.
Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələrinə yerlərdə əhalinin kütləvi toplaşmasının qarşısının alınmasını və iaşə obyektlərinin rəhbərləri ilə karantin rejiminin tələblərinə ciddi əməl olunması istiqamətində müvafiq söhbətlər aparılmasını tapşırdı
Rayon ərazisində taxıl biçini ilə bağlı hazırki vəziyyətə aydınlıq gətirərək hazırda rayonda 12 kombayn işlədiyini, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında biçinin artıq başa çatdığını və suvarıla bilən ərazilərdə taxılın məhsuldar olduğunu qeyd etdi. Bu məsələlərlə əlaqədar əhaliyə lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verdi.