Şriftin ölçüsü :

Saytın rəngi :

COVİD-19 infeksiyasına qarşı birgə mübarizə aparaq

05 iyun 2020 | 16:00

Bəşəriyyətin bəlasına çevirilən COVİD-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda qabaqlayıcı, zəruri tədbirlərin görülməsi sahəsində mümkün olmuşdur.
     Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin verdiyi tapşırıqlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar nəticəsində ölkədə vəziyyəti nəzarətdə saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin son zamanlar vətəndaşların əksəriyyətinin ölkə ərazisində tətbiq olunan karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanlar arasında ciddi fərq yaranmışdır. Bu səbəbdən karantin rejiminin yenidən sərtləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  təkliflər hazırlanmışdır. Hazırlanmış təkliflərdə cümə günü axşamdan etibarən bazar ertəsi səhərədək tam küçəyə çıxmağın qadağan olunması, demək olar ki, bütün ticarət obyektlərinin, o cümlədən ərzaq mağazalarının, marketlərin, digər bütün sahələrin tam qapanması nəzərdə tutulmuşdur. Qapanmanın həftənin yalnız 2 gününü əhatə etməsi vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Azərbaycan Respublikasında maskaların və tibbi spirtin istehsalının təşkili və ölkədə kifayət qədər ərzaq ehtiyatının olması vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
   Siyəzən rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı əhali arasında mütəmadi olaraq maarifləndirmə işi aparılır. Bununla əlaqədar  Bakı Media Mərkəzi tərəfindən hazırlanmış posterlər yaşayış binalarının girişində, ticarət obyektlərinin giriş qapılarında, rayonun idarə, müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir. Maskaların ev şəraitində tikilişi və istifadə qaydalarını əks etdirən bukletlər ictimai yerlərdə və ticarət obyektlərində əhaliyə paylanılmışdır.
   Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev öz çıxışlarında vətəndaşlara müraciət edərək  koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar maska taxmalarını, sosial məsafə saxlamalarını, dezinfeksiya vasitələrindən istifadə etmələrini vurğulamışdır. Möhtərəm Cənab Prezident İlham Əliyevin 3 iyun 2020-ci il tarixdə Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan Respublikasının  vətəndaşı üçün nümunə olmalıdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaq görən çevik qərarları sayəsində ölkəmizdə COVİD-19 pandemiyasının qarşısını almaq məqsədilə atılan addımlar xalqımızın sağlamlığının qorunması, rifahının daha da yaxşılaşdırılması üçün qəbul etdiyi mühüm qərarları yüksək qiymətləndiririk. Bu çətin vaxtda atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki Siz daim xalqımızın yanındasız.
   Bu gün hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss edərək  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə riayət etməlidirlər.

Keçidlər