Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir çağırışına hazırdırlar

19 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilib və Mərkəz öz fəaliyyətini davam etdirməkdədir.
    Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir. 
      Siyəzən rayonunda COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə könüllük fəaliyyəti ilə məşğul olan gənclər “Böyüklərimizi qoruyaq!” devizi altında keçirilən aksiyaya qoşularaq  tənha yaşlılara, sosial müdafiəyə daha çox ehtiyacı olan aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə,  fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onların zəruri ehtiyaclarının qarşılanmasına, müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.Ümumilikdə iki minə yaxın aztəminatlı ailə ərzaq məhsulları ilə təmin edilmişdir.Eləcə də “Siyəzən Broyler” ASC tərəfindən rayonda yaşayan bütün ailələrə ərzaq yardımın verilməsində də könülülər yaxından iştirak etmişlər.
     8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Siyəzən rayonunda da 7 may 2020-ci il tarixdə “Könüllü Donor”  qanvermə aksiyası təşkil edilmiş və aksiyada rayon könüllülləri fəal iştirak etmişlər.
Həmçinin rayonun könüllü gəncləri tərəfindən əhali arasında koronavirus (COVID-19) infeksiyası ilə bağlı maarifləndirmə işləri aparılmış, küçədə maskasız gəzən şəxslər müəyyən edilərək onlara tibbi maskalar paylanmışdır.
      Siyəzən könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyənir, pandemiya dövründə əhalinin sağlamlığı naminə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir çağırışına hazırdırlar.

Keçidlər