Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans formatında müşavirə keçirmişdir.

05 may 2020 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov  ərazi dairələri üzrə nümayəndələri ilə internet üzərindən video konfrans keçirib. İcra başçısı 11 inzibati ərazi dairəsi üzrə nümayəndəsini dinləmiş onlardan yerlərdə hazırkı vəziyyət barədə ətraflı məlumat almışdır. Novruz Novruzov Respublikada Karantin rejiminin 31 may 2020-ci il tarixə qədər uzadıldığını və rayonun müxtəlif ərazi vahidlərində  karantin qaydalarına vətəndaşların hansı formada əməl etdikləri barədə nümayəndələrdən məlumat almış və mövcud şəraitlə əlaqədar əhalinin maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlarını vermişdir.

Daha sonra Novruz Novruzov bildirmişdir ki, karantin rejiminin tələblərinin yumşaldılmasına baxmayaraq hələ də təhlükə sovuşmuş deyil. Pandemiyanın əhali arasında geniş vüsət almaması üçün aparılan tədbirlərlə əlaqədar RİH başçısı yanında fəaliyyət göstərən operativ qərargahın tövsiyyə və tapşırıqlarına ciddi əməl olunmalıdır.

Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə yaradılmış Siyəzən rayonunda Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə sahibkarlar və digər şəxslər tərəfindən aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrə humanitar yardımların verilməsinin əlaqələndirilməsi ilə bağlı ictimaiyyət nümayəndələrindən ibarət işçi qrupunun fəaliyyətinə kömək məqsədilə yerlərdə daha çox yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ərazi üzrə nümayəndələrə tapşırıldı.

 

   

Keçidlər