Sakinlərin nəzərinə!
17 mart 2020 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığı əsasında qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbullar təxirə salınmışdır. Ona görə də vətəndaşlar müraciətlərini Rayon İcra Hakimiyyətinə yalnız 023-304-00-10 qaynar xətti və elektron müraciət formasında ünvanlaya bilərlər.