Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilmişdir

27 fevral 2020 | 16:00

 Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun növbəti səyyar qəbulu Eynibulaq kənd sakinləri ilə keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.
     Əvvəlcə İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə bütün sahələridə əldə olunmuş uğurlar, mühüm islahatlar, əhalinin  rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, abadlıq-quruculuq və digər sahələrdə görülən işlər barədə məlumat vermişdir.
      Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə  tapşırıqlar  verilmişdir.

 

 

 

Keçidlər