Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanları yad edilmişdir

26 fevral 2020 | 16:00

XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. Bununla əlaqədar bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Siyəzən şəhərinin mərkəzindən Şəhidlər Xiyabanındakı Xocalı soyqırımı abidəsinin qarşısınadək yürüş keçirilmişdir. Yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, soyqırım qurbanlarının  xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra Mədəniyyət Mərkəzində Şabran Xalq Teatrı tərəfindən "Toxunmayın bu tarixin yaddaşına" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

  

  

 

 

 

 

 

 

 

 

Keçidlər