Şriftin ölçüsü :

Saytın rəngi :

Təməlqoyma mərasimləri keçirilmişdir.

25 dekabr 2012 | 16:00

24 dekabr 2012-ci il tarixdə Siyəzən şəhərində Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yeni inzibati binasının təməlqoyma mərasimləri keçirilmişdir. Tədbirlərdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov respublikamızda, o cümlədən Siyəzən rayonunda aparılan abadlıq və quruculuq işləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, bütün bu işlər son dövrdə ölkəmizdə gedən sürətli iqtisadi tərəqqi nətəcəsində mümkün olmuşdur ki, bunun da təməlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin düzgün inkişaf strategiyası və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti dayanır. İcra Hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin, onun qurucusu olduğu yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı qarşısında xidmətləri barədə söz açaraq bildirmişdir ki, yaradılan Heydər Əliyev Mərkəzləri dahi rəhbərin irsinin gənclərə çatdırılmasında əvəzsiz rol oynayır. Biz inanırıq ki, Siyəzən rayonunda da inşa ediləcək mərkəz onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında, dünyagörüşlərinin artması istiqamətində sakinlərimizə layiqincə xidmət edəcəkdir.

Keçidlər