Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunun Tuğay kəndinə təbii qaz verilmişdir.

25 dekabr 2012 | 16:00

24 dekabr 2012-ci il tarixdə Siyəzən rayonunun Tuğay kəndinə təbii qazın verilməsinə başlanılmışdır. Bu münasibətlə kənddə rayon rəhbərliyi, rayon aktivi və sakinlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov son dövrlərdə ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə geniş məlumat verərək, bunun özünü hər bir siyəzənlinin də həyatında bariz şəkildə göstərdiyini bildirmişdir. Qeyd edilmişdir ki, son bir neçə ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin bütün regionlarında qazlaşdırılmayan yaşayış məntəqələrinə təbii qazın verilməsi işlərinə başlanılmışdır və bu işlər sürətlə davam etdirilir. Ölkə başçısnın iradəsi budur ki, yaxın müddətdə respublkamızın ən ucqar kəndlərinə də mavi yanacaq verilməlidir.
Tədbirdə çıxış edən sakinlər Tuğay kəndinə təbii qaz verilməsini soyuq qış günlərində 73 ailəyə ən böyük hədiyyə olduğunu bildirdilər və cənab Prezidentə döğum günü, Dünya Azərbaycanlılıarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırdılar. Sonda yaşayış məntəqəsinə təbii qazın verilməsini rəmzi olan məşəl alolandırıldı.
 

Keçidlər