“31 mart Azərbaycanlılıarın soyqırımına siyasi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda konfrans keçirilmişdir
31 mart 2023 | 16:35
Bu gün Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində 31 mart Azərbaycanlılıarın soyqırımı ilə əlaqədar “31 mart Azərbaycanlılıarın soyqırımına siyasi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayonun bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun ümumtəhsil məktəblərində tarix fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 40 nədər iştirak etmişdir.
Çıxış edənlər 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım aktı törədildiyindən, ilk dəfə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzaladığından
söhbət açmış, Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət dilədiklərini bildirmişlər.