Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar konfrans təşkil olunmuşdur

31 mart 2026 | 17:20

31 mart 2026-cı il tarixində Siyəzən Rayon Heydər Əliyev Mərkəzində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar konfrans təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 31 Mart faciəsinin Azərbaycan tarixi üçün əhəmiyyətini vurğuladı, soyqırım qurbanlarının xatirəsinin daim əziz tutulacağını qeyd etmişdir. Daha sonra Başçının müavini Ruhiyyə Hacıyeva soyqırımı hadisələrinin tarixi aspektlərini iştirakçılarla bölüşərək bu faciənin Azərbaycan xalqının milli yaddaşındakı yerini izah etmişdir. YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxışında 31 Mart hadisələrinin günümüzdə də unudulmaması, gənc nəsillərin tarixi faktlarla tanış olması və vətənpərvərlik ruhunun qorunmasının vacibliyini vurğulamışdır. Siyəzən Gənclər və İdman sektorunun müdiri Vüsal Alışov gənclərin bu günlərdə tarixi hadisələrə diqqətinin artırılması və onların maarifləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Tədbir çərçivəsində 31 Mart soyqırımının tarixini əks etdirən film təqdim olunmuşdur.

Keçidlər