31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir
Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açaraq ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verdi, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söylədi. O, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirdi. 1918-ci il 31 mart soyqırımından bəhs edən Novruz Novruzov bildirdi ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində qeyd etdi. Hər il Azərbaycan xalqı 31 mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırım qurbanlarının xatirəsini ehtiramla anır.
Daha sonra Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev geniş məruzə ilə çıxış etmişdir.