İnternat məktəbin açılışı olmuşdur.
24 dekabr 2012-ci il tarixdə Siyəzən şəhər ümumi orta məktəbin binasının əsaslı təmirdən sonra açılşı olmuşdur. Tədbirdə 1961-ci ildən fəaliyyət göstərən, 150 şagirdin təhsil aldığı məktəbin heç bir zaman bu keyfiyyətdə təmir olunmadığını qeyd edilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, ölkəmizdə geniş vüsət almış məktəb tikintisi və təmiri, onların maddi-texniki bazasının gücləndiriməsi sahəsində görülmüş işlər dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilə böyük diqqət və qayğısının təzahürüdür. Siyəzən rayonunda da son 1 ildə 2 məktəb binası tikilib istifadəyə verilmiş və hazırda daha 3 məktəbin və 1 uşaq bağçasının tikintisi davam etdirilir. Çıxış edənlər hər bir məktəblinin və pedoqoji kollektivin sevincinə səbəb olan bu işlərin görülməsinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini ünvanlamışlar.
Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov pedoqoji kollektivi və məktəbliləri məktəbin əsaslı təmirdən sonra açılışı münasibətilə təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışdır.
Məktəbin əsaslı təmirdən sonra açılışını bildirən lent kəsildikdən sonra bina ilə tanışlıq olmuş, sonda respublikanın tanınmış incəsənət ustasının da iştirakı ilə məktəblilərin Yeni il şənliyi keçirilmişdir.