Şriftin ölçüsü :

Saytın rəngi :

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir

03 dekabr 2025 | 17:56
Siyəzən Rayon İcra Hakimiyyətinin, Siyəzən rayonu üzrə təhsil sektorunun, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, həmçinin Siyəzən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları tərəfindən sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olunmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, eləcə də Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov çıxış edərək 3 Dekabr – Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısından bəhs etmişlər.
Sonda bir qrup müəllim fəxri fərmanlarla təltif edilmiş, təhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlara pul mükafatları təqdim olunmuşdur.
Keçidlər