Şriftin ölçüsü :

Saytın rəngi :

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə gimnaziyada tədbir keçirilmişdir

02 dekabr 2025 | 15:49

Siyəzən Rayon İcra Hakimiyyətinin və Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın birgə təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə gimnaziyada tədbir keçirilmişdir.

Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilmiş, uşaqların ifasında müxtəlif rəqslər, şeirlər və mahnılar təqdim olunmuşdur. Uşaqların hazırladıqları bədii proqram tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirdə çıxış edənlər Beynəlxalq Əlillər Gününün əhəmiyyətini vurğulamış, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısından söz açılmışdır. Sonda tədbirdə iştirak edən uşaqlara xüsusi hədiyyələr təqdim olunmuşdur.

Keçidlər