“Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
12 noyabr 2019-cu il tarixdə Bayraq Meydanının ətraf ərazisində “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji problemlərin aradan qaldırılması istiqamətində keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı, rayon gəncləri və rayon sakinləri iştirak etmişdir. Tədbir çərçivəsində 100-dən artıq ağac əkilmişdir. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Tədbirdə iştirak edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov yaşıllıqlara qulluq və onların mühafizəsi üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində bundan sonra davamlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.