Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçıları ilə görüş keçirilmişdir

12 noyabr 2019 | 16:00

  13-16 noyabr tarixlərdə növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə- Şəmkir - Göygöl istiqamətində yola düşəcək rayon məktəbliləri ilə görüş keçirilmişdir. Tədbirdə məktəblilərlə yanaşı Rayon Təhsil Şöbəsinin işçiləri, məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak edirdi.
    Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında rayon məktəblilərinin artıq 11-ci dəfə iştirak etdiyini bildirdi. İcra Hakimiyyətinin başçısı çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, şəhər və rayonlarımızın gündən-günə abadlaşması barədə ətraflı məlumat verdi. Yeniyetmə və gənclərə olan dövlət qayğısı barədə danışan Rayon İcra Hakimiyyətinin başçısı onların təhsil şəraitinin yaxşılaşdırılması, intellektual səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması sahəsində görülmüş işlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
       Görüşdə çıxış edənlər  ölkəmizin gələcəyi olan uşaqlara böyük diqqət və qayğısına görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

 

 

Keçidlər