Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsiminin 650 illik yubileyi qeyd edilmişdir

02 noyabr 2019 | 16:00

2 noyabr 2019-cu il tarixdə Rayon  Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə  əlaqədar ədəbi-bədii tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Mədəniyyət Mərkəzində Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olmuşlar.
    Tədbiri giriş sözü ilə açan Başçının  müavini – İctimai-siyasi  və  humanitar  məsələlər  şöbəsinin  müdiri Təhminə Bəxtiyarova  qonaqları salamlayaraq qeyd etmişdir ki, Möhtərəm Prezident cənab İlham Əiyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamları şairin xatirəsinə dərin ehtiramın təzahürüdür. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.
      Daha sonra Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş etdirilmişdir.
Çıxış edənlər İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu vurğuladılar. Qeyd edilmişdir ki,  O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
     Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
    Tədbirin sonunda respublikanın tanınmış muğam ifaçıları və bədii qiraətçiləri tərəfindən mahnılar və şeirlər səsləndirilmişdir.

 

 

 

 

 

 

 

                                                

Keçidlər