Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi

05 oktyabr 2019 | 16:00

  5 oktyabr 2019-cu il tarixdə “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Siyəzən Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbiri giriş sözü ilə açaraq müəllimləri təbrik etmiş, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə Siyəzən rayonunda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirmişdir.
        Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq etmişlər.
        Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmiş və onlara qiymətli hədiyyələr təqdim olunub.

 

    

 

        

 

    

 

    

 

    

 

    

 

    

Keçidlər