Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin birinci yarısında sosial-iqtisadə sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir

08 avqust 2019 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirə  əlaqədar Siyəzən rayonunda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirə, həmçinin cari ildə rayonda görülmüş abadlıq və quruculuq, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdi. 

Daha sonra Maliyyə Şöbəsinin rəisi Rəsul Əlibəyov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov, Məşğulluq Mərkəzinin direktoru Etibar Heydərov və DSMF-nin Siyəzən Rayon Şöbəsinin müdiri Kamilə Yusifova hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlərdən danışmış və geniş müzakirələr aparılmışdır. 

Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən rayonunda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

    

  

    

 

 

Keçidlər