Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü qeyd olunmuşdur

27 may 2019 | 16:00

Bu gün Siyəzən Gənclər Mərkəzində Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilmişdir.

Əvvəlcə iştirakçılar Gənclər Mərkəzindəki Dövlətçilik Muzeyində sərgilənən eksponatlarla tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbir iştirakçılarını və xalqımızı 28 May - Respublika günü münasibətilə təbrik etmiş, 101 illik tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə yaradılan ilk demokratik respublika olduğundan, ölkəmizdə demokratik, sivil, dünyəvi və müasir dövlət quruluşunun təməlinin 1918-ci ildən etibarən qoyulduğundan danışmışdır. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cumhuriyyətinin varisi hesab edirdi.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova  geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra  dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.

Daha sonra çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamış, qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.

  

  

  

  

  

Keçidlər