Rayon gənclərinə böyük tövhə
Ölkə gənclərinə dövlətimizin qayğısı, onların problemlərinin həlli hər bir bölgədə olduğu kimi Siyəzən rayonunda da hiss olunur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov mütəmadi olaraq rayon gəncləri ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır. Görüşlər zamanı qaldırılan aktual məsələlərdən biri də onların asudə vaxtının təşkili ilə bağlı olmuşdur. Görülmüş tədbirlər qısa zamanda öz bəhrəsini vermiş, Siyəzən şəhərinin mərkəzində tikilən Bayraq Meydanın yaxınlığında Gənclər Evinin inşasına başlanılmışdır. Müasir layihə əsasında tikillən binada bu gün də tikinti-quraşdırma işləri davam etdir. Yaxın zamanda təhvil verilməzi nəzərdə tutulan Gənclər Evində gənclərin asudə vaxtının səmərəli təşkili üçün bütün imkanlar mövcud olacaqdır. Rayon gəncləri bunu ölkə başçısının onlara ən gözəl tövhəsi kimi qəbul edirlər.