Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Quşçu kəndində səyyar qəbul keçirilmişdir

08 may 2019 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun növbəti səyyar qəbulu bu gün rayonun Dağ Quşçu kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin  başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə olunmuş sosial-iqtisadi inkişaf, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər,  sosial və digər sahələrdə aparılan islahatlar, abadlıq-quruculuq, kənd təsərrüfatının inkişafı, məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir.

Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə  tapşırıqlar  verilmişdir.

  

  

Keçidlər