Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsi üzvləri və Qarabağ əlilləri ilə görüş keçirilmişdir

20 aprel 2019 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən şəhərindəki Gənclər Mərkəzində rayonumuzun şəhid ailəsi üzvləri və Qarabağ əlilləri ilə görüş keçirmişdir.  Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Süleymanov iştirak edirdi. İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarına ölkəmizin hər yerində, o cümlədən, Siyəzən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş inkişaf, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirlər, aztəminatlı ailələrə, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda həyat və sağlamlıqlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə və Qarabağ əlillərinə göstərilən qayğıdan danışmışdır. İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki,  şəhid ailəsi üzvləri və Qarabağ əlilləri  ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların çətinlik və problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər birimizin borcudur.  Dövlət  başçımızın bu yöndə fəaliyyəti bizim üçün nümunə olmalıdır. 

Tədbirdə çıxış edən Milli Məclisinin deputatı Tahir Süleymanov ölkəmizin, inkişafı naminə dövlət başçımızın yorulmaz fəaliyyəti, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək mövqe, cənab Prezidentin daxili və xarici siyasətinin uğurları barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, cənab Prezidentin daxili siyasətində ən başlıca amil ölkə vətəndaşına verilən dəyərdir.

Daha sonra çıxış edən şəhid ailəsi üzvləri və Qarabağ əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildirmiş, rayonumuzun inkişafı, sosial və digər məsələlər barədə  təklif və arzularını bildirmişlər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov onların hər bir təklif və arzusuna böyük diqqətlə yanaşılacağını bildirmişdir.

Tədbirdən sonra Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Süleymanov Bayraq meydanında şəhid ailəsi üzvləri və Qarabağ əlilləri ilə ağac əkmişlər.

  

  

  

  

  

  

  

  

 

Keçidlər