Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ağsaqqalları ilə görüş keçirilmişdir

19 aprel 2019 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən şəhərindəki Gənclər Mərkəzində rayonumuzun ağsaqqalları ilə görüş keçirmişdir.  İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarına ölkəmizin hər yerində, o cümlədən, Siyəzən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən, regionların inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası nəticəsində ən ucqar kəndlərdə belə hiss olunan sürətli inkişafdan danışmışdır. Daha sonra İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, bu inkişafın davam etdirilməsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində dövlətimizin konkret fəaliyyət planları vardır və gələcəyə hesablamış proqramların hazırlanması zamanı hər bir vətəndaşımızın rəyi önəmlidir.  Bu görüşün keçirilməsi  də məhz bu zərurətdən irəli gəlir. Öna görə də sizin rayonumuzun inkişafı ilə bağlı təklifləriniz,  problemlər, onların həlli yolları barədə fikirləriniz çox vacibdir.

Daha sonra çıxış edən ağsaqqallar ölkəmizin, həmçinin rayonumuzun inkişafı, görülmüş işlər, əldə olunmuş uğurlara görə ölkə başçısı cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər rayonumuzda görülməsi vacib olan işlər, iqtisadi, sosial və digər sahələrdə olan çətinliklər barədə fikir və təkliflərini bildirmişlər.

Sonda yekun söz ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov dəyərli ağsaqqallarımızın bütün fikir və təkliflərini gələcək fəaliyyətində nəzərə alacağını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümunə olaraq təqdim etdiyi xalqa xidmət modelindən bəhrələnərək rayonumuzun inkişafı üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirmişdir. İcra Hakimiyyətinin başçısı bu işlərdə hər bir siyəzənlinin dəstəyinə əmin olduğunu qeyd etmişdir.

  

  

  

  

  

  

Keçidlər