Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda ağacəkmə kompaniyası keçirilmişdir

08 aprel 2019 | 16:00

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Bununla əlaqədar bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzda ağacəkmə kompaniyası keçirilmişdir.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbirdə iştirak etmiş, hər kəsi bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Qeyd edilmişdir ki, ölkəmizdə ekoloji tarazlığın qorunmasına,  meşələrin bərpasına və yeni yaşıllıqların salınmasına dövlətimiz tərəfindən böyük diqqət göstərilir. Tədbirdə ilk ağacı İcra Hakimiyyətinin başçısı özü əkərək suvarmışdır. Ümumilikdə ağacəkmə kompaniyasında 250 nəfər iştirak etmiş, Siyəzən şəhərinin şimal və cənub girişlərində, Heydər Əliyev küçəsində  500-dən artıq müxtəlif növ ağaclar əkilmişdir.

  

  

 

  

Keçidlər