"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda tədbir keçirilmişdir
27 sentyabr 2023 | 15:07
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov “27 sentyabr - Anım Günü"nün xalqımızın taleyində əbədi dönüş yaratdığından, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasətin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə zəfərə aparan yolun ilk addımı olduğundan danışdı. Müharibədə vətən uğrunda şəhid olan Siyəzən oğullarının valideynlərinə bir daha başsağlığı verdi, qazilərə cansağlığı arzu etdiyini bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı 27 sentyabr tarixinin bundan sonra Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğuladı. Şəhidlərin ruhuna dua oxunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Şəhidlər xiyabanında əbədi yanan məşəl önünə tər çiçəklər düzdü.
Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhid məzarlarının və baralyeflərinin önünə tər çiçəklər düzdülər. Novruz Novruzov və digər tədbir iştirakçıları Şəhidlər xiyabanında təşkil olunmuş ağacəkmə aksiyasına qoşuldular.
Saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.