Şriftin ölçüsü :

Saytın rəngi :

"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilmişdir

27 sentyabr 2022 | 15:35
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə birlikdə Siyəzən şəhər parkında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə çəkilən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşdur.
Daha sonra Şəhidlər xiyabanında əbədi yanan məşəl önünə əklil qoyan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək "27 sentyabr - Anım Günü"nün xalqımızın taleyində əbədi dönüş yaratdığından, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasətin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə zəfərə aparan yolun ilk addımı olduğundan danışdı. Müharibədə vətən uğrunda şəhid olan Siyəzən oğullarının valideynlərinə bir daha başsağlığı verdi, qazilərə cansağlığı arzu etdiyini bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı 27 sentyabr tarixinin bundan sonra Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğuladı.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhidlərin baralyefləri önünə tər çiçəklər düzdülər. Novruz Novruzov və digər tədbir iştirakçıları Şəhidlər xiyabanında təşkil olunmuş ağacəkmə aksiyasına qoşuldular. Daha sonra tədbir Siyəzən şəhərinin mərkəzində ucaldılmış "Dəmir Yumruq" abidəsinin önündə davam etdi. Siyəzən şəhər 6 saylı məktəb liseyin şagirdləri anım gününə həsr olunmuş fleşmobla çıxış etdilər.
Saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Keçidlər