Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir

29 mart 2019 | 16:00

Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart -  Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova iştirak edirdi.

Əvvəlcə  soyqırım şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova açaraq bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı amansız  törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 31 Mart Soyqırımı Gününün həqiqətləri  haqqında Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova geniş məruzə ilə çıxış etdi.

Tədbirdən sonra  31 Mart  - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar minlərlə soydaşımız kimi Siyəzən rayonun ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər Quba rayonuna yola düşərək buradakı  Soyqırım Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmiş, soyqırım qurbanlarını xatirəsini ehtiramla anmışlar.

  

  

  

  

Keçidlər