Hesabat yığıncağı keçirilmişdir
Bu gün Siyəzən şəhər Mədəniyyət Mərkəzində 2018-ci ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Milli Məclisin deputatı Tahir Süleymanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, ağsaqqallar, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat məruzəsi dinlənilmişdir. Hesabatın mətni əvvəlcədən İcra Hakimiyyətinin rəsmi saytında və rayonun “Çıraq” qəzetində yayımlanmışdır.
Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondu Siyəzən rayon şöbəsinin müdiri Kamilə Yusifova, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov, Siyəzən Rayon Məşğulluq Mərkəzinin direktoru Etibar Heydərov hesabat ilində rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər.
Tədbirdə Milli Məclisin deputatı Tahir Süleymanov, Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxış edərək görülmüş tədbirlər nəticəsində ölkəmizdə ötən ildə də əldə olunmuş nailiyyətlər, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən görülən işlər, əmək haqlarının artırılması, yeni iş yerlərinin açılması və s. tədbirlər barədə danışmışlar.
Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.