Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir çağırışlar: Dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib

22 yanvar 2019 | 16:00

Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: Dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları iştirak edirdilər.

Konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, dini durum və vəzifələr, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Siyəzən rayonunda da müasir çağırışlar, dini durum və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. O, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada məqbul bir model kimi yüksək qiymətləndirildiyini qeyd etdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Qeyd olundu ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılır.

Komitə sədri gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxunub. O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dövlət-din münasibətlərinin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd edib.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev dövlətin dinə və din xadimlərinə qayğısından bəhs edib, diqqət və qayğıya görə bölgə dindarları adından cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Konfrans işini yanvarın 23-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

  

  

 

 

Facebook səhifəmizi izləyin

Keçidlər