Şriftin ölçüsü :

Saytın rəngi :

"26 fevral - Xocalı Soyqırımı"nın 32-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

26 fevral 2024 | 17:16
Xocalı Faciəsinin 32-ci il dönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri Siyəzən Şəhidlər Xiyabanını ziyarət etmişlər. Tədbir iştirakçıları əbədi məşəl önünə tər çiçəklər düzərək faciə qurbanlarının xatirəsini yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Saat 17:00-da Siyəzən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.
Keçidlər