Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunmuşdur.

03 noyabr 2018 | 16:00

Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Siyəzən Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Xaçmaz Regional Mədəniyyət İdarəsi və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölməz şairin həyat və yaradıcılığı haqqında danışılıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açıldı.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun sektor müdiri Məmməd Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Sərəncamı ilə bu il şairin 110 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xüsusi vurğuladılar. Qeyd edildi ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar.

Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləri olduğu xüsusi vurğulandı. Şairin lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaratdığı diqqətə çatdırıldı.

Tədbirdə Əməkdar artistlər Rəşad İlyasov, Elza Seyidcahan, Hüsniyyə Mürvətova və tanınmış muğam ifaçısı Mirələm Mirələmov çıxış etdilər.

  

  

  

  

  

  

  

  

  

 

Keçidlər