Şriftin ölçüsü :

Saytın rəngi :

Qozağacı kəndinə ilk dəfə təbii qaz verilmişdir.

10 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yaşayış məntəqələrinin qazlaşdırlması ilə bağlı tapşırığının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Bu gün rayonumuzda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin   “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qozağacı  kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 558 metr  müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Kənddə qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

   

 

Facebook səhifəmizi izləyin

Keçidlər