Beşdam kəndində səyyar qəbul keçirilmişdir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Beşdam kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, vətəndaşlar problemlərinin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir.
Görüşdə çıxış edən kənd ağsaqqalları görülmüş işlərə görə ölkə başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını bildirmişlər. Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.